Ermənistan 4 gündür ki, davam edən meşə yanğınları ilə əlaqədar kömək üçün Rusiyaya müraciət edib.
Oxu.Az-ın avromedia.az-a istinadən verdiyi məlumata görə, İrəvan Xosrov meşəsi adlanan qoruqda yanğının qarşısını almaqda aciz qaldığından Moskvadan yardım istəyib.
Məsələ ilə əlaqədar Ermənistanın fövqəladə hallar naziri David Tonoyan rusiyalı həmkarı Vladimir Puçkova rəsmi müraciət ünvanlayıb. O, fəlakətli vəziyyətin qarşısının alınması üçün yanğınsöndürən təyyarənin ayrılmasını xahiş edib. Məlumatda deyilir ki, hazırda təyyarənin Ermənistana göndərilməsi məsələsinə baxılır.
İ.F.