İtaliyanın Yezolo şəhərində keçirilmiş kikboksinq üzrə dünya çempionatında milli komandamızın “low kick” versiyası üzrə tutduğu yer bəlli olub.
Oxu.Az xəbər verir ki, millimiz 65 ölkə arasında 5-ci pillədə qərarlaşıb.
Azərbaycandan qabaqda Serbiya, Rusiya, Xorvatiya və Türkiyə mövqe tutub.
Xatırladaq ki, “low kick” versiyası üzrə Anar Məmmədov (-57 kq) çempion olub. Qəşəm Məmmədov (-67 kq), Rəhim Əliyev (-71 kq), Ramal Aslanov (-75 kq) gümüş medalla kifayətlənib, Elcan Alikişiyev (-81 kq) isə bürünc medala yiyələnib.
Qeyd edək ki, ümumilikdə kikboksinq millimiz dünya çempionatında 10 medal (2 qızıl, 4 gümüş və 4 bürünc medal) qazanıb.