Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Partizan” və “Sabah” qarşılaşmasında penaltilər seriyası da başa çatıb. Azərbaycan təmsilçisi 5:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
01:43
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Partizan” və “Sabah” qarşılaşmasının əlavə vaxtı da başa çatıb. 120 dəqiqəlik mübarizədə tərəflər mərhələni adlayacaq hesaba nail ola bilməyiblər. İlk oyunda Bakıda 2:0 hesabı ilə qalib gələn “Sabah”, səfərdə də eyni hesabla uduzub.
Reqlamentə əsasən komandalar qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasında güclərini yoxlayacaqlar.
01:38
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Partizan” və “Sabah” qarşılaşmasında meydan sahibləri azlıqda qalıblar. Belə ki, “Partizan”ın heyətində 116-cı dəqiqədə K.Beliç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qeyd edək ki, qarşılaşmanın əsas vaxtı 2:0 hesabı ilə “Partizan”ın qələbəsi ilə başa çatıb. İlk oyunda Azərbaycan təmsilçisi eyni hesabla qələbə qazandığı üçün matçda əlavə vaxt oynanılır.
01:25
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Partizan” və “Sabah” qarşılaşmasında ikinci əlavə hissə başlayıb.
Qeyd edək ki, qarşılaşmanın əsas vaxtı 2:0 hesabı ilə “Partizan”ın qələbəsi ilə başa çatıb. İlk oyunda Azərbaycan təmsilçisi eyni hesabla qələbə qazandığı üçün matçda əlavə vaxt oynanılır.
01:22
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Partizan” və “Sabah” qarşılaşmasında ilk əlavə hissə başa çatıb.
Qeyd edək ki, qarşılaşmanın əsas vaxtı 2:0 hesabı ilə “Partizan”ın qələbəsi ilə başa çatıb. İlk oyunda Azərbaycan təmsilçisi eyni hesabla qələbə qazandığı üçün matçda əlavə vaxt oynanılır.
01:07
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Partizan” və “Sabah” qarşılaşmasında ilk əlavə hissə start götürüb.
Qeyd edək ki, qarşılaşmanın əsas vaxtı 2:0 hesabı ilə “Partizan”ın qələbəsi ilə başa çatıb. İlk oyunda Azərbaycan təmsilçisi eyni hesabla qələbə qazandığı üçün matçda əlavə vaxt oynanılır.
01:01
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Partizan” və “Sabah” qarşılaşması başa çatıb. Meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. İlk oyunda Azərbaycan təmsilçisi eyni hesabla qələbə qazandığı üçün matçda əlavə vaxt oynanılacaq.
00:20
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Partizan” - “Sabah” qarşılaşmasında meydan sahibləri fərqi iki topa çatdırıblar.
58-ci dəqiqədə “Partizan”ın heyətində B.Natço fərqlənib.
00:07
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda - “Partizan” və “Sabah” qarşılaşmasında ikinci hissə start götürüb. İlk hissədən sonra Azərbaycan təmsilçisi 1:0 hesabı ilə geridədir.
23:51
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda - “Partizan” və “Sabah” qarşılaşmasında ilk hissə başa çatıb. İlk hissədən sonra Azərbaycan təmsilçisi 1:0 hesabı ilə geridədir.
23:32
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda - “Partizan” və “Sabah” qarşılaşmasında hesab açılıb. Qarşılaşmanın 30-cu dəqiqəsində Saldanha fərqlənib.
23:01
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Partizan” və “Sabah” üz-üzə gəlirlər. Qarşılaşmanın baş hakiminin start fiti ilə oyun başlayıb.
22:54
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Partizan” və “Sabah”ın start heyətləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Partizan”: 1. Aleksandar Yovanoviç,2. Arandel Stoykoviç, 3. Mixaylo İliç, 6. Svetozar Markoviç (k), 5. Nikola Antiç, 40. Kristian Beliç, 8. Frank Kanute, 10. Bibras Natço, 7. Severina Xander, 9. Kvinsi Meniq11. Mateus Saldanya
Baş məşqçi: İqor Dulyay
“Sabah”: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 44. Sofian Çakla (k), 7. Boyan Letiç, 15. Kristian da Silva, 10. Aleksey İsayev, 12. Vensan Till, 9. Anatoli Nuriyev, 27. Jarl Marqarita, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matçda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.