"Real Madrid" klubunun və Belçika millisinin qapıçısı Tibo Kurtua özünü dünyanın ən yaxşı qapıçılarından biri hesab edir.
Oxu.Az xəbər verir ki, Kurtua bu barədə "COPE" nəşrinə müsahibəsində danışıb.
"Mən, şübhəsiz, ən yaxşılardan biriyəm, lakin hər şey sizin zövqünüzdən asılıdır və hər kəs öz fikrini söyləməkdə azaddır", - deyə qolkiper qeyd edib.
O, həmçinin üç ən yaxşı qapıçının adını açıqlayıb:
"Oblak bu il çox yüksək səviyyədə oynayır. Zədəli olmasına baxmayaraq, mənə Alisson da çox xoş gəlir. Həmçinin David Rayanın performansını çox bəyənirəm".
Xatırladaq ki, 2022-ci ildə Kurtua planetin ən yaxşı qapıçısı kimi Lev Yaşin mükafatının qalibi olub.