Futbol üzrə İngiltərə Premyer Liqasında XXXI turun növbəti oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, çempionatın favoritlərindən olan “Liverpul” Londonda “Fulhem” komandasını məğlub edib.
Hesab matçın 26-ci dəqiqəsində açılıb. Seneqallı Sadio Mane braziliyalı Roberto Firminonun ötürməsindən sonra qapıya dəqiq zərbə endirib - 1:0.
Qarşılaşmanın ikinci hissəsində hollandiyalı Rayan Babel hesabı bərabərləşdirib - 1:1.
Matçın bitməsinə yeddi dəqiqə qalmış “Liverpul” hesabda yenidən önə keçib. Hakimin cərimə meydançasında qayda pozuntusuna görə təyin etdiyi 11 metrlik cərimə zərbəsini Ceyms Milner dəqiq zərbə ilə tamamlayıb - 2:1. Görüş bu hesabla da başa çatıb.
Qeyd edək ki, onun əsas rəqibi “Mançester Siti” bu tur kubok matçına görə oynamayıb.