"Sabahkı qarşılaşmanı səbirsizliklə gözləyirik".
Oxu.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Azərbaycan - Lixtenşteyn matçından əvvəl keçirilən mətbuat konfransında rəqib komandanın futbolçusu Alessio Hasler deyib.
O, komandanın oyuna ciddi hazırlaşdığını bildirib:
"Matça yaxşı hazırlaşmışıq. Bakıya uzun səfər etmişik, lakin komandada əhvali-ruhiyyə yüksəkdir. Hazırlıq prosesini yüksək səviyyədə keçmişik. Bura yaxşı nəticə qazanmaq üçün gəlmişik. Azərbaycanın güclü və zəif tərəflərini bilirik. Qarşılaşmada əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda Azərbaycan - Lixtenşteyn oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.