Azərbaycan millisinin keçmiş üzvü Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubundakı ilk oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, 27 yaşlı hücumçu yeni komandasında yoldaşlıq görüşündə debüt edib.
O, "Saar/Lüksemburq fanat yığması"na qarşı keçirilən qarşılaşmada start heyətində meydana çıxıb və ilk hissədə 45 dəqiqə oynayıb. Mahir fasiləyə az qalmış komandasının 5-ci qoluna imza atıb.
Yoldaşlıq oyunu "Kayzerslautern"in 19:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Görüşü stadiondan 2 350 azarkeş izləyib.
Qeyd edək ki, Mahir Emreli ötən mövsüm 2-ci Bundesliqa klublarından olan "Nürnberq"də çıxış edib. O, bu yay "Kayzerslautern"lə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.