Futbol üzrə Azərbaycan yığmasının müvəqqəti baş məşqçisi Mahmud Qurbanov U-21 millimizlə görüşdən danışıb.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, o, əsas komandamızın 4:2 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
“Hazırlıq yaxşı gedir. Bütün futbolçulara oynamaq şansı verdik. Kimin hazırda nəyə qadir olduğunu görmək istəyirdik”.