Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Mançester Yunayted"in portuqaliyalı baş məşqçisi Ruben Amorim antirekorda imza atdı
Portuqaliyalı baş məşqçi Ruben Amorim İngiltərənin "Mançester Yunayted" komandasında antirekord müəyyənləşdirib.
Oxu.Az "Opta"ya istinadən xəbər verir ki, bu, "qırmızı şeytanlar"ın Premyer Liqanın XXIV turunda doğma meydanda "Kristal Pelas"a uduzduqdan sonra qeydə alınıb (0:2).
Komanda 40 yaşlı mütəxəssisin rəhbərliyi altında çempionatda doğma meydanda keçirdiyi 7 qarşılaşmanın 5-də məğlubiyyətlə üzləşib. Bu isə klub tarixində ən pis nəticədir.
"Mançester Yunayted" sabiq baş məşqçiləri Devid Moyeslə Premyer Liqadakı 5-ci ev məğlubiyyətini 14-cü, Erik ten Haqla 28-ci, Lui van Qalla 30-cu, Ule Qunnar Sulşerlə 31-ci, Aleks Ferqyusonla 88-ci matçda alıb. Komanda Joze Mourinyo və Ralf Ranqnikin rəhbərliyi altında çempionatda doğma meydanda 5 dəfə uduzmayıb.
Qeyd edək ki, "Mançester Yunayted" 29 xalla 13-cü pillədə qərarlaşıb.
"Ruben Amorim" teqi üzrə xəbərlər
- Maqnus Karlsen "Mançester Yunayted"in yeni baş məşqçisinin istefasını tələb edib
- "Mançester Yunayted" isveçli hücumçu üçün 96 milyonundan keçməyə hazırdır
- Hazırkı vəziyyətdən narazı olan İngiltərə klubunun rəsmiləri transfer üçün milyonlar ayırdılar
- "Mançester Yunayted" Markus Raşfordu satışa çıxardı
- Ruben Amorimin 34 oyunluq qələbə seriyası qırılıb
Rəylər