Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub oldu
Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.
Oxu.Az-ın məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.
Koşitse şəhərindəki "Koşitse Futbol Arenası"nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.
Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.
UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ikinci hissə başlayıb.
Oxu.Az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.
22-ci dəqiqədə Ondrey Duda, 26-cı dəqiqədə isə David Strelec fərqlənib.
UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ilk hissə başa çatıb.
Oxu.Az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.
22-ci dəqiqədə Ondrey Duda, 26-cı dəqiqədə isə David Strelec fərqlənib.
UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçında növbəti qol vurulub.
Oxu.Az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə meydan sahibləri ikinci qolu vurublar - 2:0.
26-cı dəqiqədə Strelec fərqlənməyi bacarıb.
UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçında hesab açılıb.
Oxu.Az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.
22-ci dəqiqədə Ondrey Duda penalti zərbəsini dəqiq yerinə yetirib.
Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununa çıxır.
Oxu.Az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gəlir.
Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edir.
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.
Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
Azərbaycan: Mehdi Cənnətov, Rahil Məmmədov, Bədavi Hüseynov, Amin Seydiyev, Elvin Cəfərquliyev, Elvin Camalov, Aleksey İsaev, Emil Mustafayev, Toral Bayramov, Ozancan Kökçü, Renat Dadaşov.
Slovakiya : Martin Dubravka, Norbert Diomber, Milan Skriniar, Adam Obert, David Qancko, Stanislav Lobotka, Ondrey Duda, Juray Kutska, Tomas Suslov, Lukas Garaslin, David Strelec.
Qeyd edək ki, Koşitse şəhərindəki "Koşitse Futbol Arenası"nda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək.
Koşitse şəhərindəki "Koşitse Futbol Arenası"nda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək.
UEFA Millətlər Liqası
C Liqası, I qrup
II tur
8 sentyabr
20:00. Slovakiya - Azərbaycan
Baş hakim: Damian Silvestrjak (Polşa).
Koşitse, "Koşitse Futbol Arenası"
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- Finlandiya millisinin baş məşqçisi UEFA Millətlər Liqasındakı uğursuzluğa görə istefaya göndərilib
- UEFA Millətlər Liqası: Türkiyənin pley-off mərhələsindəki rəqibi bəlli oldu
- "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
- UEFA Millətlər Liqası: Qrup mərhələsinin bombardiri kim oldu?
- Fernandu Santuş 10 ildən sonra Berti Foqtsun göstəricisini təkrarlayıb
Rəylər