Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, sərbəst güləşçilərin mübarizəsində təmsilçilərimizdən Davud İbrahimov (-70 kq) ümidləri doğruldaraq bürünc medalı boynundan asıb.
O, üçüncü yer uğrunda görüşdə moldovalı Vasili Dyakonu 6:5 hesabı ilə məğlub edib. Beləliklə, Novi Sadda ilk medalımız Davud İbrahimovdan gəlib.

Qeyd edək ki, bu gün qitə birinciliyində daha üç bürünc medal qazanmaq şansımız var. Əsgər Məmmədəliyev (-61 kq) və ötən il bu yaş qrupu üzrə dünya çempionumuz Şamil Zubairov (-92 kq) bürünc medal görüşünə çıxacaq. Digər legionerimiz Hacımurad Məhəmmədsəidov (-86 kq) isə bürünc medal qazanmaq üçün təsəlliverici görüşə qatılacaq. Onun ilk rəqibi italiyalı Qabriele Doro olacaq.
Səbuhi MUSAYEV