Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan yığmasında çıxış etmiş hücumçu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də bu mərhələdə ilk oyununa çıxıb.
Sözügedən kollektiv səfərdə “Beşiktaş”la qarşılaşıb. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:3.
Dəniz də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 46-cı dəqiqəsində meydana buraxılıb. Komandasının yeganə qolunu da məhz o vurub. Lakin onun 52-ci dəqiqəqə vurduğu bərabərlik topu “Beşiktaş”ın qələbəsinə mane olmayıb.
Bu kollektivlər arasındakı cavab qarşılaşması fevralın 6-da keçiriləcək.
Xatırladaq ki, qış fasiləsində “Bursaspor”dan “Gənclərbirliyi”nə keçmiş Dəniz Yılmaz Robert Prosineçkinin baş məşqçi olduğu dönəmdə millimizə çağırılıb.
S.T.
www.oxu.az