Futbol üzrə Azərbaycan millisinin sentyabrda keçirəcəyi görüşlər üçün heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, yığmamızın xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç sözügedən oyunlar üçün təlim-məşq toplanışına 23 futbolçu çağırıb.
Futbolçular hazırlıq üçün sentyabrın 2-də bir araya gələcəklər.
| Səlahət Ağayev | Neftçi |
| Emil Balayev | Tobol (Qazaxıstan) |
| Şahruddin Məhəmmədəliyev | Qarabağ |
| Maksim Medvedev | Qarabağ |
| Ömər Buludov | Neftçi |
| Rahil Məmmədov | Qarabağ |
| Anton Krivotsyuk | Neftçi |
| Pavel Paşayev | Oleksandriya (Ukrayna) |
| Şəhriyar Rəhimov | Səbail |
| Təmkin Xəlilzadə | Sabah |
| Bəhlul Mustafazadə | Sabah |
| Qara Qarayev | Qarabağ |
| Riçard Almeyda | Qarabağ |
| Emin Mahmudov | Neftçi |
| Dmitri Nəzərov | Erzgebirge Aue (Almaniya) |
| Cavid Hüseynov | Zirə |
| Rəşad Eyubov | Sabah |
| Mahir Emreli | Qarabağ |
| Araz Abdullayev | Qarabağ |
| Ramil Şeydayev | Dinamo (Moskva, Rusiya) |
| Rüfət Dadaşov | Proysen Münster (Almaniya) |
| Renat Dadaşov | Pakuş de Fereyra (Portuqaliya) |
| Ağabala Ramazanov | Səbail |
Qeyd edək ki, millimiz sentyabrda iki oyunda qüvvəsini sınayacaq.
Yığmamız AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində ayın 6-da Uels, üç gün sonra Xorvatiya ilə görüşəcək. İlk matçı səfərdə keçirəcək komandamız ikinci oyuna evdə çıxacaq.