Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Minsk Avropa Oyunlarını Bakıdakından yaxşı keçirəcəyini vəd edir
Avropa Olimpiya Komitəsi, Minskin ev sahibliyi edəcəyi Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarından daha yaxşı keçiriləcəyinə ümid edir.
Oxu.Az-ın Sputnik-ə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Olimpiya Komitəsinin idman üzrə baş eksperti Asimakis Asimakopulos bəyanat səsləndirib.
“Bakı və Minskin Avropa Oyunlarına hazırlıq prosesi bir-birindən fərqlənir. Bu ondan irəli gəlir ki, Belarus idman tədbirlərinin keçirilməsi baxımında tam fərqli mədəniyyət və təcrübəyə malikdir. Minskdəki Avropa Oyunlarının daha yaxşı olacağını gözləyirik. Əsas məsələ, Minskin açılışa qədər qalan vaxtdan nə dərəcədə səmərəli və ağıllı istifadə edəcəyidir. Açılışa 16 ay qalıb. Ancaq biz Avropa Oyunlarının daha yüksək səviyyədə keçiriləcəyini gözləyirik.
Qəti şəkildə deyə bilərik ki, Belarus Avropa Oyunlarına hazırlıq baxımından düzgün istiqamətdə hərəkət edir. Oyunları keçirmək üçün Belarusun artıq buna imkan verən bazası var: obyektlər tikilib, əla insan resursları, bu sahəylə bağlı biliklər var. Bircə qalır bütün bunları vahid şəklə gətirib, Avropa Komitəsinin tələblərinə cavab vermək. Belə olsa, hər şey alınacaq”, – deyə Asimakopulos sözlərini bitirib.
Qeyd edək ki, Belarus paytaxtı 2019-cu ildə iyunun 21-dən 30-na kimi Avropa Oyunlarına ev sahibliyi edəcək. Yarışlar proqramına 15 idman növü daxil edilib. Atletlər ümumilikdə 12 idman arenasında rəqabət aparacaq.
Avropa Oyunları ilə bağlı Minskə təxminən dörd min idmançının, iki min məşqçi və rəsmi nümayəndə heyəti üzvünün gələcəyi gözlənilir.
E.Ə.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- İtlərin hücumuna məruz qalan məktəbli DANIŞDI: "Üstümə gəldi, sığallamaq istəyirdim"
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
- Bakıda sərnişin avtobusu qəzaya uğradı
- Kommunal xidmətlərin tarifləri dəyişdirildi: Bu sahədə düzgün hesablama aparılıbmı?