Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Miroslav Kloze Mahir Emrelinin debüt oyunundan razı qalmayıb?
Almaniyanın "Nürnberq" komandasının baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin II Bundesliqa təmsilçisində debütü barədə danışıb.
Oxu.Az xəbər verir ki, təcrübəli mütəxəssis 27 yaşlı hücumçunun fiziki gücü üzərində işləməli olduğunu bildirib.
O, forvardın meydanda olduğu müddətdə yaxşı təsir bağışladığını söyləyib.
Qeyd edək ki, Mahir Emreli VI turda "Herta"ya 0:2 hesabı ilə uduzduqları matçın 39-cu dəqiqəsində meydana daxil olub.
"Mahir Emreli" teqi üzrə xəbərlər
Ən çox oxunanlar