Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "İmişli"ni qəbul edən "Sumqayıt" minimal hesablı (1:0) qələbə qazanıb.
82-ci dəqiqədə Rüstəm Əhmədzadə yerli azarkeşləri sevindirib.
Bu görüşdən sonra "Sumqayıt" 26 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 15 xala malik "İmişli" isə doqquzuncu yerdədir.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0), "Araz-Naxçıvan" "Kəpəz"i (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.
Misli Premyer Liqasının XIV turunda "Araz-Naxçıvan" "Kəpəz"i məğlub edib.
Oxu.Az xəbər verir ki, "Liv Bona Dea Arena"dakı matçda Naxçıvan kollektivi 2:0 hesablı qələbəyə sevinib.
Qolları Coşqun Diniyev (38) və Patrik Andrade (64) vurublar.
"Araz-Naxçıvan" turnir cədvəlində 23 xalla altıncıdır. 6 xalı olan "Kəpəz" isə on birinci yerdədir.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.
Misli Premyer Liqasında XIV turun son oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.
Açılış qarşılaşmasında "Araz Naxçıvan" "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.
Günün ikinci oyununda "Sumqayıt" klubu öz meydanında "İmişli" komandası ilə üz-üzə gələcək. Bu matç saat 19:30-da başlayacaq.
Misli Premyer Liqası
XIV tur
9 dekabr
17:00. "Araz-Naxçıvan" - "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Liv Bona Dea Arena".
19:30. "Sumqayıt" - "İmişli"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.