Misli Premyer Liqasında XV turun son oyununda "Neftçi" "Sumqayıt"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, "Palms Sports Arena" baş məşqçi Yuri Vernidubun rəhbərliyi ilə ilk oyuna çıxan paytaxt təmsilçisi 2:2 hesablı heç-heçəyə razılaşıb.
Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 34-cü dəqiqədə İmad Faraj hesabı açıbsa, Bassala Sambu 49-cu dəqiqədə "ağ-qaralar"ın üstünlüyünü iki topa çatdırıb. Bununla belə, Bakı kollektivi qələbə hesabını qoruya bilməyib.
"Gənclik şəhəri" təmsilçisinin heyətində 74-cü dəqiqədə Nsana Simon fərqi minimuma endirib. Final fitinə 9 dəqiqə qalmış isə Səbuhi Abdullazadə adını tabloya yazdırmaqla komandasını məğlubiyyətdən xilas edib.
Turnir cədvəlində "Sumqayıt" 27 xalla üçüncü, "Neftçi" isə 17 xalla səkkizincidir.
Qol: İmad Faraj, 34 (1:0), Bassala Sambu, 49 (2:0), Nsane Simon, 74 (2:1), Səbuhi Abdullazadə, 81, (2:2)
Azərbaycan Premyer Liqasının XV turunda "İmişli" və "Karvan-Yevlax" komandaları üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqləniblər.
İmişli kollektivindən 29-cu dəqiqədə Dioqo Almeyda hesabı açıb. Matçın 39-cu dəqiqəsində isə Vadim Abdullayev fərqlənərək tarazlığı bərpa edib.
16 xalı olan "İmişli" turnir cədvəlində səkkizinci, 6 xala malik "Karvan-Yevlax" isə sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun son matçında "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək. "Palms Sport Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
Bu gün Misli Premyer Liqasında XV turun son oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün açılış qarşılaşmasında "İmişli" "Karvan"ı qəbul edəcək.
Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 14:00-da start götürəcək.
Günün ikinci oyununda isə "Neftçi" klubu öz meydanında "Sumqayıt" komandası ilə üz-üzə gələcək.
"Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 19:00 da başlayacaq.
Misli Premyer Liqası
XV tur
15 dekabr
14:00. "İmişli" - "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Quba OİK stadionu.
19:00. "Neftçi" - "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
"Palms Sports Arena".