Azərbaycanın paytaxtında ilk Avropa Oyunları keçirilir. 16 gün ərzində iyunun 12-dən 28-nə kimi Avropanın 49 ölkəsindən gələn 6 mindən çox idmançı 20 növ idman üzrə yarışacaqlar. Oyunlarda ümumilikdə 253 dəst medal uğrunda mübarizə aparılacaq.
Oxu.Az xəbər verir ki, “Adamas” zərgərlik şirkətinin direktoru, “Bakı-2015” medalların kreativ konsepsiyasının müəllifi Maksim Vaynberq AiF.ru-ya bu medalların dizaynının necə yarandığından danışıb.
Onun sözlərinə görə, medalların dizaynının yaradılmasına görə, Birinci Avropa Oyunlarının təşkilat komitəsində (BEGOC) tender elan edildi, burada istənilən şirkət iştirak edə bilərdi.
“2014-cü ilin yayında tenderdə iştirak haqqında ərizə təqdim etdik, oktyabrda konstruktiv danışıqlar başladı: bizə brend-buk, Birinci Avropa Oyunlarının əsas simvolunun necə olması barədə mülahizə və konsepsiyaların izah edildiyi texniki tapşırıq, eləcə də bir sıra texniki xarakteristikalar verildi.
Biz medalların eskizlərini, tenderin şərtlərinə görə tələb olunan sənədləri göndərdik. Dekabrın əvvəlində bizə iki variantı işləməyi təklif etdilər, biz operativ şəkildə dəyişikliklər etdik, yanvarda “Adamas” medallarından birinin təsdiqləndiyi barədə məlumat aldıq.
Qalibin necə seçildiyini biz yalnız ehtimal edə bilərik: belə səviyyəli tenderlər qapalı rejimdə keçirilir, onların iştirakçıları isə açıqlanmır. Oyunlardan 100 gün əvvəl Bakıda ilkin nümunələrin təqdimatı keçirildi və biz açıq şəkildə beynəlxalq müsabiqədə qələbəmiz haqqında açıq danışa bilərdik, - Vaynberq deyir.
Vaynberqin sözlərinə görə, bu məsələ üzrə BEGOC tərəfindən ümumi konsept hazırlanmışdı:
“A4 vərəqlərində 20 səhifəlik yetərincə sanballı TT-da (texniki tapşırıq) əsasən “Bakı-2015” medallarının keçirilən Avropa Oyunlarının unikallığını, bu yarışları qəbul edən ölkənin zəngin mədəni irsini, Olimpiya hərəkatının ənənələrini əks etdirməlidir.
Eləcə də tövsiyə xarakteristikaları verilmişdi: maksimal diametr – 8 sm, çəki – 400 qram. Medalların vizual həllinə gəldikdə isə onu müsabiqənin iştirakçılarından gözləyirdilər.
Maksim Vaynberq medalların naxışlarının mahiyyətindən danışıb:
“Oyunların əsas rəmzi – Nardır, həqiqətən çox rəmzidir. Bu, sadəcə Azərbaycana şöhrət gətirən meyvə deyil, burada ölümsüz feniks quşu, olimpiya alovu, və çox orqanik tamamlama isə – narın tacıdır”.
Brend bukda əyani şəkildə bu rəmzlərin vahid narda birləşməsi göstərilir – bu, həqiqətən çox güclü kreativ həlldir. Məna yükünə görə isə nar medalın məntiqi mərkəzi vurğusu oldu.
Kənarlarda yerləşdirilmiş naxışlar, nar ağacının budaqları da brend-bukda görünür. Bizə elə gəlir ki, “şərqi” xarakteri belə ənənəvi ornamentdə birləşdirərək əks etdirmək məntiqli olardı.
Əslində isə, idmançılarla ünsiyyətdə olduqca, çempionların medallara necə baxdığını gördükcə, qələbənin və ya məğlubiyyətin nəyin bahasına başa gəldiyini dərk etdikcə, istər-istəməz işə dərindən yanaşırsan və “medalların yaradılması” sadəcə biznes-layihə olmur, sənin işinin bir hissəsinə, həqiqətən ən yaxşı həlli tapmaq istəyinə çevrilir. Yəqin ki, məhz bu səbəbdən hər şeyə nail olmaq olur və medallar həqiqətən ən yaxşı olur”.