Azərbaycan Premyer Liqasının XVIII turunda “Neftçi” “Səbail” komandası ilə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, görüş “Səbail”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Səbail”in heyətində Konqo millisinin Fransa doğumlu hücumçusu Kevin Kubemba (35) və Moldova yığmasının yarımmüdafiəçisi Yevgeni Koçyuk (43) fərqlənib. “Neftçi”nin qolunu isə 56-cı dəqiqədə fransalı hücumçu Baqaliy Dabo vurub.