"Barselona" "Atletik"in futbolçusu Niko Uilyamsı transfer edir.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Nikola Skiraya şəxsi sosial media hesabından paylaşım edib.
Skirayanın məlumatına görə, artıq 22 yaşlı vingerlə müqavilə ilə bağlı razılıq əldə olunub.
İspaniya millisinin üzvü ilə yaxın günlərdə müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, Niko Uilyamsın Bilbao klubu ilə 2027-ci ilə qədər müqaviləsi var. O, "Atletik"də 2021-ci ildən indiyə qədər 167 oyun keçirib, 31 qol vurub və 30 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.