Beynəlxalq Cüdo Federasiyası (IJF) Düşənbədə (Tacikistan) keçirilən "Böyük Dəbilqə" turnirindən sonra yenilənmiş dünya reytinqini dərc edib.
Oxu.Az xəbər verir ki, olimpiya çempionları Hidayət Heydərov (73 kq, 6 544 xal) və Zelim Kotsoyev (100 kq, 6 046 xal) öz çəki dərəcələrində liderliyi qoruyublar.
Son turnirin hər iki qızıl medalçısı altı pillə irəliləyib: Elcan Hacıyev (90 kq) hazırda dördüncü (3 572 xal), Balabəy Ağayev (60 kq) isə 12-ci yerdədirlər (2 740).
Gümüş mükafatçı Vüqar Talıbov (90 kq) doqquz pillə irəliləyərək hazırda 12-ci (2 787), Camal Qəmzətxanov (+100 kq) 13 pillə önə keçərək 28-ci (1 646) yerdədirlər.