Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paralimpiya çempionunun anası: "Biz hər zaman Səidə inanırdıq"
"Çox sevincli və xoşbəxtik ki, Səidin əziyyəti yerdə qalmadı".
Bunu Oxu.Az-a açıqlamasında Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı Səid Nəcəfzadənin anası Sevil Nəcəfzadə deyib.
"Mən çox şadam ki, oğlum Paralimpiya çempionu olub. Biz hər zaman ona inanırdıq. Çox sevinirəm ki, əziyyəti yerdə qalmadı. Çox sevincli və qürurluyuq. Yalnız mən deyil, bütün ailəmiz Səidlə fəxr edir. Ümid edirik ki, növbəti Olimpiya Oyunlarında da qızıl medal qazanaraq Azərbaycanın bayrağını yüksəklərə qaldıracaq".
Qeyd edək ki, Azərbaycanı T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda təmsil edən Səid Nəcəfzadə 7.27 metr nəticə ilə paralimpiya çempionu olub.
Rəylər