Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Səid Nəcəfzadə: "İlk dəfədir ki, Paralimpiya Oyunlarında qızıl medal qazanıram"
"Azərbaycanı Parisdə layiqincə təmsil etmək qürurverici hissdir".
Oxu.Az xəbər verir ki, bunu Paris-2024 Yay Paralimpiya Oyunlarında paraatletika növündə T12 kateqoriyasında uzunluğa tullanmada qızıl medal qazanmış Azərbaycan idmançısı Səid Nəcəfzadə jurnalistlərə açıqlamasında deyib.
O, Paralimpiya Oyunlarında ilk dəfə qızıl medal qazandığını vurğulayıb:
"Ötən dəfəki Paralimpiadada bürünc medal əldə etmişdim. Bu dəfə qızıl medalla əvəzləyə bildim. Çox xoşbəxtəm".
T13 kateqoriyasında uzunluğa tullanmada qızıl medal qazanan digər paraatlet Orxan Aslanov dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib:
Anar Həsənov