Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paris-2024: Bu gün daha dörd idmançımız Yay Olimpiya Oyunlarında mübarizəyə qatılacaq
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın dörd idmançısı çıxış edəcək.
Oxu.Az xəbər verir ki, öncə paraüzgüçümüz Raman Saley (S12 kateqoriyası, 100 metr məsafəyə arxası üstə üzmə) mübarizəyə başlayacaq.
Ardınca isə Könül Süleymanova (S2 kateqoriyası, 50 metr məsafəyə arxası üstə üzmə) Yay Olimpiya Oyunlarına start verəcək.
Parataekvondoçumuz Əbülfəz Abuzərli (K44 kateqoriyası, 80 kiloqram) mübarizəyə təsnifat mərhələsindən başlayacaq.
Bu gün yarışlarda sonuncu təmsilçimiz - paraatıcımız Aybəniz Babayeva (P2 kateqoriyası, 10 metr məsafəyə atəş açma) olacaq.
Qeyd edək ki, hazırda millimizin aktivində iki medal var. Parataekvondoçumuz İmaməddin Xəlilov qızıl medala yiyələnib. Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) isə bürünc medal qazanıb.
31 avqust
Paraüzgüçülük
Raman Saley (S12 kateqoriyası, 100 metr məsafəyə arxası üstə üzmə)
Təsnifat: 11:30
Final: 19:30
Könül Süleymanova (S2 kateqoriyası, 50 metr məsafəyə arxası üstə üzmə)
Təsnifat: 13:09
Final: 21:50
Parataekvondo
Əbülfəz Abuzərli (K44 kateqoriyası, 80 kiloqram)
Təsnifat: 12:00-16:30
Final: 19:00-23:30
Paraatıcılıq
Aybəniz Babayeva (P2 kateqoriyası, 10 metr məsafəyə atəş açma)
Təsnifat: 14:00
Final: 16:45
"Paris-2024 Yay Paralimpiya Oyunları" teqi üzrə xəbərlər
- Dünyanın ən yaxşısı seçilən azərbaycanlı: "Yeddi il boyunca uduzdum"
- Lamiyə Vəliyeva afrikalı idmançı ilə ailə həyatı qurdu
- Paralimpiya çempionu: "Şadam ki, xalqımızı layiqincə təmsil etdim"
- Şahvələd Əliyev: "İdmançılarımızın göstəricilərindən tam razıyıq"
- Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"
Rəylər