Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Paris-2024-də cüdoçularımızın tatamiyə çıxacaqları tarix AÇIQLANDI
Balabəy Ağayev (60 kq) və Leyla Əliyeva (48 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında tatamiyə çıxacaq ilk Azərbaycan cüdoçuları olacaqlar.
Oxu.Az xəbər verir ki, onlar mübarizəyə açılış mərasiminin ertəsi gün – iyulun 27-də başlayacaqlar.
Cüdo yarışlarında hər gün iki dəst medal sahibini tapacaq. İlk yarış günündə kişilər 60 kq, qadınlar 48 kq çəkidə mükafatçıları müəyyənləşdirəcəklər.
Azərbaycan cüdoçularının Paris-2024 təqvimi:
27 iyul
Balabəy Ağayev (60 kq)
Leyla Əliyeva (48 kq)
28 iyul
Yaşar Nəcəfov (66 kq)
Gültac Məmmədəliyeva (52 kq)
29 iyul
Hidayət Heydərov (73 kq)
30 iyul
Zelim Tçkayev (81 kq)
31 iyul
Elcan Hacıyev (90 kq)
1 avqust
Zelim Kotsoyev (100 kq)
2 avqust
Uşanqi Kokauri (+100 kq)
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- "Əsas bayram yarışlarda qalib gələrkən olur" - Çempionlarımızdan Novruz təbriki
- Azərbaycanlı taekvondoçu dünya reytinqindəki yerini qorudu
- Əli İsmayılovdan boks millisinə SƏRT TƏNQİD: "Belə davam edə bilməz, məşqçi dəyişməlidir"
- Fransada müsəlman idmançılara qarşı növbəti ədalətsizlik
- Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu