Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
Fransanın paytaxtı Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə ölkəmizin bayrağını Paralimpiya çempionlarımız Səid Nəcəfzadə və Lamiyə Vəliyeva daşıyıblar.
Bağlanış mərasimi "Stade de France" stadionunda reallaşıb.
Qeyd edək ki, ölkəmiz turnirdə 7 növdə 18 idmançı ilə təmsil olunub. Yığmamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub. Azərbaycan 169 ölkə arasında 28-ci yeri tutub.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.
Yarış avqustun 28-də start götürmüşdü.
"Paris-2024 Yay Paralimpiya Oyunları" teqi üzrə xəbərlər
- Dünyanın ən yaxşısı seçilən azərbaycanlı: "Yeddi il boyunca uduzdum"
- Lamiyə Vəliyeva afrikalı idmançı ilə ailə həyatı qurdu
- Paralimpiya çempionu: "Şadam ki, xalqımızı layiqincə təmsil etdim"
- Şahvələd Əliyev: "İdmançılarımızın göstəricilərindən tam razıyıq"
- Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"
Rəylər