Misli Premyer Liqasının V turunun son matçında "Neftçi" səfərdə "Sumqayıt"ı üstələməklə cari mövsümdə ilk qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Ağadadaş Salyanski (79-cu dəqiqə) və Alessio Kurçi (90+2-ci dəqiqə) rəqib qapısından keçiriblər.
Bununla da Samir Abasovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 6-ya çatdıraraq turnir cədvəlinin səkkizinci pilləsinə yüksəlib. "Sumqayıt" isə 10 xalla ikinci yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Karvan-Yevlax"ı, "Qəbələ" "Kəpəz"i 3:0, "Zirə" "Şamaxı"nı 2:1, "Sabah" "Turan Tovuz"u 2:0, "Qarabağ" isə"Araz-Naxçıvan"ı 5:0 hesabı ilə üstələyib.
"Qarabağ" Misli Premyer Liqasının V turunda "Araz-Naxçıvan"ı böyük hesabla məğlub edib.
Oxu.Az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutan qarşılşama Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın heyətində Toral Bayramov het-trikə (4, 28 (p), 65-ci (p)) imza atıb. Digər qolları isə Musa Qurbanlı (52-ci dəqiqə) və Kris Kuaku (85-ci dəqiqə) rəqib qapısından keçiriblər.
Bu nəticədən sonra Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 7-yə çatdıraraq turnir cədvəlinin beşinci pilləsinə yüksəlib. Naxçıvan klubu isə 10 xalla 3-cü pillədədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Karvan-Yevlax"ı, "Qəbələ" "Kəpəz"i 3:0, "Zirə" "Şamaxı"nı 2:1, "Sabah" "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib.
Azərbaycan Premyer Liqasının V turunun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Qarabağ"ı qəbul edəcək.
FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş "Liv Bona Dea Arena"da baş tutacaq. Hazırda "köhlən atlar" turnir cədvəlinin 8-ci, "qırmızı-ağlar" isə 10 xalla 3-cü pilləsində qərarlaşıb.
Günün növbəti matçında "Sumqayıt" öz meydanında "Neftçi" ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanı Elçin Məsiyev idarə edəcək.
Hazırda "Sumqayıt" 4 oyundan 10 xalla 2-ci, qələbə üzünə həsrət olan "Neftçi" 3 xalla 11-ci yerdə gedir.
21 sentyabr
17:00. "Araz-Naxçıvan" - "Qarabağ";
19:30. "Sumqayıt" - "Neftçi".