Azərbaycan millisinin heyəti açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, DÇ-2018-in seçmə məthələsinin sentyabrdakı iki oyununa çağırılan futbolçular müəyyənləşib.
Baş məşqçi Robert Prosineçki qarşıdakı görüşlərə 25 futbolçu dəvət edib.
Bu oyunçular sentyabrın 1-də Oslo şəhərində Norveç, sentyabrın 4-də isə Bakıda San Marino ilə qarşılaşmalarda iştirak etmək şansı qazanıb.
| AD, SOYAD | KLUB |
| Kamran Ağayev | Mlada (Çexiya) |
| Anar Nəzirov | Zirə |
| Səlahət Ağayev | Neftçi |
| Tərlan Quliyev | İnter |
| Bədavi Hüseynov | Qarabağ |
| Rəşad Sadıqov | Qarabağ |
| Maksim Medvedev | Qarabağ |
| Pavel Paşayev | Aleksandriya (Ukrayna) |
| Maqomed Mirzabekov | Neftçi |
| Ürfan Abbasov | Qəbələ |
| Ruslan Abışov | Neftçi |
| Rahid Əmirquliyev | Qarabağ |
| Qara Qarayev | Qarabağ |
| Dmitri Nazarov | Aue (Almaniya) |
| Təmkin Xəlilzadə | Zirə |
| Mahir Mədətov | Qarabağ |
| Cavid Hüseynov | Qəbələ |
| Araz Abdullayev | Anortosis (Kipr) |
| Əfran İsmayılov | Qarabağ |
| Riçard Almeyda | Qarabağ |
| Ağabala Ramazanov | Qarabağ |
| Ruslan Qurbanov | Qəbələ |
| Namik Ələskərov | Neftçi |
| Ramil Şeydayev | Jilina (Slovakiya) |
| Renat Dadaşov | Ayntraxt (Almaniya) |