Türkiyə Super Liqasının 34-cü turu çərçivəsində “Qalatasaray” klubu “Antalyaspor”u qonağı olub.
Oxu.Az xəbər verir ki, ilk hissədə ev sahibi 19-cu dəqiqədə vurduğu qolla hesabda irəli çıxıb.
Qarşılaşmanın 58 və 65-ci dəqiqəsində vurduqları qollarla qonaqlar üstünlüyü ələ alıblar.
Lakin “Qalatasaray” futbolçuları üstünlüyü sonadək qoruya bilməyiblər. Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə “Antalyaspor” bərabərlik qolunu vurub.
Matç 2:2 hesabı ilə başa çatıb.