Tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oynamaq iddiasında olan “Qarabağ” arzusunu bu gün gerçəkləşdirdi.
Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu Avropa Liqasının pley-off mərhələsini adladı.
İlk oyunda qolsuz bərabərliyə ayrılan Qurban Qurbanovun yetirmələri cavab oyununda Hollandiyanın “Tvente” klubu ilə 1:1 hesablı bərabərlik əldə edib.
Bu nəticə ağdamlılara tarixində ilk dəfə olaraq bu mötəbər yarışın qrup mərhələsində oynamaq şansı verib.
Qeyd edək ki “Qarabağ”ın bərabərlik qolunu oyunun 51-ci dəqiqəsində Muarem Muarem vurub.