“Qarabağ” ispaniyalı yarımmüdafiəçisi Miçellə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2015-ci ildən Azərbaycanda oynayan Miçel “Qarabağ”ın heyətində ümumilikdə 155 matçda meydanda olub və 25 qola imza atıb. Onun müqaviləsi gələn il başa çatırdı.
