UEFA Avropa Liqasının qrup mərhələsinin III mərhələsində “Qarabağ” oktyabrın 25-də Bakı Olimpiya Stadionunda “Vorskla”nı qəbul edəcək.
Oxu.Az xəbər verir ki, azarkeşlərin bu matça rahat gəliş-gedişini təmin etmək üçün ictimai dayanacaq klub tərəfindən azarkeşlərin xidmətində olacaq.
Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından üç saat əvvəl – saat 17:55-dən etibarən istifadə edə biləcək.
Qeyd edək ki, “Qarabağ”ın “Vorskla”yla matçına bilet satışı davam edir.
Səbuhi MUSAYEV
www.oxu.az