Bu gün Azərbaycan Premyer Liqasında üçüncü dövrənin ilk turunun mərkəzi görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda son ölkə çempionu “Qarabağ”la “Neftçi” qarşılaşıb.
Ağdam təmsilçisi cari mövsümdə yenə Bakı klubuna qalib gələ bilməyib. 1:1 hesabı ilə başa çatan görüşdə meydan sahibləri ispaniyalı Dani Kintana ilə hesabı açsalar da, “Neftçi” elə ilk hissədə hesabı bərabərləşdirib.
Mərkəz müdafiəçisi Mamadu Mboc “Neftçi”dəki ilk rəsmi matçında başla vurduğu zərbə ilə fərqlənib.
Görüş gərgin anlarla yadda qalıb. Belə ki, “Neftçi”dən Anton Krivotsyuk, “Qarabağ”dan isə Qara Qarayev qırmızı vərəqə alaraq meydandan qovulub.
Beləliklə, “Neftçi” “Qarabağ”la arasındakı üç xallıq fərqi qoruyub saxlayıb.