Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
!["Qəbələ"nin sabiq futbolçusu 31 yaşında karyerasını başa vurdu](https://images.oxu.az/2025/02/12/cQX1unMWnEvK85M3Yx85W6YoNn7B10DuCKQa0lHb:1200.jpg)
"Qəbələ"nin sabiq futbolçusu 31 yaşında karyerasını başa vurdu
"Qəbələ" klubunun sabiq futbolçusu Abdelrafik Jerar 31 yaşında karyerasını başa vurduğunu bildirib.
Oxu.Az xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasına PSJ klubunun B komandasında başlayıb. O, daha sonra Fransanın "Len", Belçikanın "Union" klublarında çıxış etdikdən sonra 2020-ci ildə "Qəbələ"yə transfer olunub.
2024-cü ilin iyul ayından klubsuz qalan Abdelrafik Jerar karyerasını bitirmək qərarına gəlib.
Qeyd edək ki, futbolçu karyerası ərzində ümumilikdə 97 oyunda meydana çıxıb. O, bu matçlarda yeddi qol, doqquz məhsuldar ötürmə ilə yadda qalıb.
"PSJ (Pari Sen-Jermen) FK" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqası: PSJ "Brest"i darmadağın etdi
- Bu gün keçiriləcək ÇL-in pley-off oyunlarını hansı kanallardan izləmək olar?
- UEFA Çempionlar Liqası: Pley-off mərhələsinə dörd görüşlə start veriləcək
- Yanvar ayının ən yaxşı komandası bəlli olub - Dünya reytinqi
- Xviça Kvaratsxeliya PSJ-dəki qol hesabını açıb
Ən çox oxunanlar
Rəylər