“Qızıl top”un təşkilatçıları tərəfindən ilin ən yaxşı futbolçusu mükafatına namizədlər açıqlanıb.
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu son 19 ildə ilk dəfə olaraq Fransanın “France Football” jurnalının təqdim etdiyi mükafata iddialılar siyahısına daxil edilməyib.
Andre Onana (“Mançester Yunayted”), Kərim Benzema (“Əl İttihad”), Yoşko Qvardiol (“Mançester Siti”), Camal Musiala (“Bayern”), Məhəmməd Salah (“Liverpul”), Emiliano Martinez (“Aston Villa”), Xviça Kvaratsxeliya (“Napoli”), Yasin Bono (“Əl-Hilal”), Martin Odeqaard (“Arsenal”), Julian Alvares (“Mançester Siti”), İlkay Gündoğan (“Barselona”), Vinisius Junior (“Real Madrid”), Ruben Dias (“Mançester Siti”), Erlinq Holand (“Mançester Siti”), Nikolo Barella (“İnter”), Cud Bellinqem (“Real Madrid”), Bukayo Saka (“Arsenal”), Kevin de Bruyne (“Mançester Siti”), Bernardo Silva (“Mançester Siti”), Randal Kolo-Muani (PSJ), Lionel Messi (“İnter Mayami”), Rodri (“Mançester Siti”) , Lautaro Martinez (“İnter”), Antuan Qrizmann (“Atletiko Madrid”), Robert Levandovski (“Barselona”), Kilian Mbappe (PSJ), Viktor Osimhen (“Napoli”), Kim Min Je (“Bayern”), Luka Modriç (“Real Madrid”) və Harri Keyn (“Bayern”) “Qızıl top”a namizədlər sırasında yer alıblar.
Mükafat oktyabrın 30-da Parisdə təqdim olunacaq.
Xatırladaq ki, ötən il təltif sistemi dəyişib. Qalibi ilin deyil, mövsümün uğuru müəyyən edəcək.
Qeyd edək ki, mükafatın son qalibi fransalı hücumçu Kərim Benzema olub.
Rəylər