Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rəşad Sadıqov: Meydanın mərkəzində durmuşduq ki, dronu endirə bilməsinlər
Bilmirəm, bu insanlar kəmdüşüncəlidir və ya intellekt səviyyələri aşağıdır, loru dildə desəm, düşüklük edirlər. Başa düşmürlər ki, özlərinə pislik edirlər. Guya bizə neylədilər ki? Əgər bizə bir şey etmək istəyirlərsə, həmin bayrağı meydançaya sancmalısan. Hündürdə bayrağı sallamaq onlara mənəvi cəhətdən nə verir ki? Bu bir də onu göstərir ki, həqiqətən bu millət aşağı xalqdır, bunların düşüncəsi, psixologiyası zəifdir. Biz halal zəhmətimizlə uğur əldə edirik, bunlar isə gəlib göydə dronla bayraqlarını fırlayırlar. Əgər bu onlar üçün təsəllidirsə, qoy hər oyunda fırlasınlar. Biz də əlimizdən gələnlə bunun qarşılığını verəcəyik.
Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.
UEFA Avropa Liqasının Lüksemburqda keçirilmiş “F91 Düdelanj” – “Qarabağ” (1:4) görüşündə Spartak ləqəbli Belçikadan gəlmiş erməni azarkeş dronla qondarma Dağlıq Qarabağın bayrağını dalğalandırıb.
Buna “Qarabağ”ın azərbaycanlı futbolçuları, həmçinin millimizin braziliyalı futbolçusu Riçard Almeyda etiraz edib.
Rəşad Sadıqov bu gün bu barədə fikirlərini bildirib: “Orda da baş hakimə dedik ki, bu bayraq – əslində bayraq da deyil – yığışdırılmayınca, biz oyuna davam etməyək. Sonra elə oldu ki, hakim bizi meydandan çıxarmaq istəyirdi. Biz əvvəl etiraz etdik ki, dron getsin, sonra çıxacağıq.
Sonra bizi içəridə də sakitləşdirdilər. Onların İdman naziri bizdən üzr istədi. Ona da dedim ki, bir də dronla bayraq gəlsə, biz oynamayacağıq. Elə oldu ki, onlar da təhlükəsizliyi gücləndirdi və bir də biz belə halla rastlaşmadıq.
Hamımız üçün həssas bir məqamdır. Özünüz görürsünüz ki, biz futbolçular həmin vaxt heç nə düşünmürük. Millətimizə bu dəqiqə belə qələbələr lazımdır. Onların etdikləri ucuzluqdur.
“Arsenal”la Londondakı oyunda meydançaya bayraqla girdilər, burda da belə etdilər. Nə istədiklərini özləri də bilmirlər. Sən “Qarabağ”ın kapitanı kimi mənə etiraz bildirmək istəyirsənsə, çıx qaldığımız otelin qabağına və ya lobbidə zəng etsin, qarşılarına çıxaq. Oyun zamanı əl-qolumuz bağlı qarşılarımıza çıxırlar. Mən buna bir anlam verə bilmirəm. Hər dəfə belə edirlər, hər dəfə də bu öz başlarında çatlayır.
O dronu yəqin ki nə cürsə gizli şəkildə keçiriblər. Lüksemburqun İdman nazirinin səmimiyyətinə inanıram. Çünki o, üzr istədi və dedi ki, bir də belə hal təkrarlanmayacaq. Biz meydançanın mərkəzində ona görə durmuşduq ki, onu ora endirə bilməsin. Göydə nə qədər fırlanır, fırlansın. Ona görə bir 10 dəqiqə orda durduq. Amma niyyətləri nə idi, heç özləri də bilmirdi”.
Səbuhi Musayev
"Qarabağ" teqi üzrə xəbərlər
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
- İv Buvi: "Beynəlxalq birlik Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək etmir"
- Böyük Britaniyalı səyyah: "Azərbaycanda tarixi abidələrə həssas yanaşırlar"
- Səyyah: "Qarabağda tarixi və müasir memarlıq ahəngdar şəkildə birləşir"