Bu gün Rio Olimpiadasında daha bir idmançımız mübarizəyə qoşulub.
Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, qadın velosipedçimiz Olqa İsmayılova keyrin növündə çıxışını başa vurub.
Ümumilikdə 27 atletin mübarizə apardığı birinci mərhələdə 4-cü qrupda yarışan İsmayılova 4-cü yeri tutub. Təmsilçimiz 11,696 saniyə nəticə göstərib.
Bu nəticə idmançımıza təsəlliverici yürüşə vəsiqə qazandırıb. Bu mərhələdə 1-ci yürüşdə iştirak edən Olqa 11,442 saniyə nəticə ilə 4 velosipedçi arasında sonuncu olub və növbəti raunda yüksələ bilməyib.
Qeyd edək ki, İsmayılova keyrində çıxışını başa vursa da, sprint yarışında da sürətini yoxlayacaq.