Niderland yığmasının keçmiş futbolçusu Aryen Roben yenidən futbola qayıtdığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, 36 yaşlı futbolçu yenidən "Qroningen"də çıxış edəcəyini bildirib.
Xatırladaq ki, Aryen Robben məhz bu klubun yetirməsi sayılır. Futbolçu keçən il Almaniyanın "Bayern" klubundan ayrıldıqdan sonra peşəkar futboldan getdiyini açıqlamışdı.