Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Roma" italiyalı mütəxəssislə danışıqlara başlayıb
İtaliyanın "Roma" komandası baş məşqçi vəzifəsi üçün italiyalı mütəxəssis Roberto Mançini ilə danışıqlara başlayıb.
Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi ilə tanınmış mütəxəssis arasında ilkin danışıqlar olub.
60 yaşlı çalışdırıcı "canavarlar"dan 2+1 illik müqavilə tələb edib. Tərəflər arasında razılıq əldə olunarsa, yaxın zamanda rəsmi sözləşməyə imza atılacaq.
Komandaya son olaraq xorvatiyalı İvan Yuriç başçılıq edib. Klub rəhbərliyi uğursuz nəticələrə görə bir neçə gün öncə onunla yollarını ayırıb.
Qeyd edək ki, XII turdan sonra aktivində 13 xalı olan "Roma" 12-ci pillədə qərarlaşıb.
"Roma FK" teqi üzrə xəbərlər
- Klaudio Ranyeri baş məşqçi karyerasını bitirəcək
- UEFA Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarını hansı kanallardan izləmək olar?
- Karlos Kazemiro İngiltərə klubundan ayrılmaq istəmir
- Ərəblər Paulo Dibala üçün 75 milyon avro təklif göndərdilər
- Avropa Liqası: "Portu" - "Roma" oyununda qalib müəyyənləşmədi
Ən çox oxunanlar