Madridin “Real” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Avropada ilin ən yaxşı idmançısı seçilib.
Oxu.Az-ın “El Mundo Deportivo” nəşrinə istinadən məlumatına görə, bu barədə Avropanın 27 xəbər agentliyi arasında keçirilən sorğunun nəticələri göstərir.
İlk üçlüyə həmçinin britaniyalı tennisçi Endi Marrey və Rio-2016 Yay Olimpiya Oyunlarında üç qızıl medal qazanan macar üzgüçü Katinka Hossu daxil olub.
Sorğu Polşanın“Polska Agencja Prasowa” xəbər agentliyi tərəfindən keçirilib.
Qeyd edək ki, dekabırn 12-də Kriştiano Ronaldo 2016-cı ilin ən yaxşı futbolçusu seçilərək “Qızıl top” mükafatına layiq görülüb. Hücumçu 2016-cə ildə Real”ın heyətində Çempionlar Liqasının, Portuqaliya yığması ilə isə Avropa çempionatının qalibi olub.
S.B.
www.oxu.az