Portuqaliya yığmasının və Madrid “Real” komandasının forvardı Kriştianu Ronaldunun zədəsinə dair həkimlərin ilk çıxarışı məlum oldu.
Bu barədə Oxu.Az Marca-ya istinadən xəbər verir.
K.Ronaldu “Avro-2016” çempionatının finalında Fransa ilə oyunun cəmi 25 dəqiqəsini meydanda olub, daha sonra o, fransalı havbek Dmitri Payet ilə toqquşub və meydanı xərək üzərində tərk etməli olub.
Marca-nın məlumatına görə, portuqaliyalı oyunçunun sol dizinin bağları dartılıb. Bərpa üçün ona bir aydan çox vaxt lazım olacaq.
Beləliklə, Ronaldu Avropa superkuboku uğrunda avqustin 9-da Norveçin Tronheym şəhərində keçiriləcək “Sevilya”ya qarşı matçda iştirak edə bilməyəcək.