"Mançester Yunayted"in və İngiltərə yığmasının keçmiş futbolçusu Ueyn Runi hazırda İngiltərə Premyer Liqasında çıxış edən ən yaxşı beş futbolçunun adını açıqlayıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, sabiq hücumçu Fil Foden ("Mançester Siti"), Moyses Kaysedo, Koul Palmer (hər ikisi "Çelsi"), Bukayo Saka ("Arsenal") və Məhəmməd Salahı ("Liverpul") fərqləndirib.
Xatırladaq ki, Premyer Liqada 10 turdan sonra Mikel Artetanın baş məşqçisi olduğu "Arsenal" klubu 25 xalla turnir cədvəlinə başçılıq edir. "Mançester Siti" 19 xalla ikincidir. "Liverpul" 18 xalla üçüncü pillədə mövqe tutub.