Rusiyalı fiqurlu konkisürmə üzrə olimpiya çempionu Alina Zagitova Ukraynanın "Mirotvorets" resursunun məlumat bazasına daxil edilib.
Oxu.Az-ın xəbərinə görə, bunu resursun saytındakı məlumatlar təsdiq edir.
Qeyd edilir ki, Zagitova 2021-ci ildə "Tavrida.Art" festivalında iştirak etdiyi üçün bazaya əlavə edilib.
Bildirək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.