“Sabah” klubu UEFA Konfrans Liqasında ev oyunları üçün bilet satışından əldə ediləcək gəlirin bir hissəsini işğaldan azad olunmuş torpaqların bərpası üçün ayıracaq.
Paytaxt təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, hər biletdən bir manat məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Qeyd edək ki, “Sabah” ilk dəfə iştirak edəcəyi UEFA Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu raundun püşkü iyunun 21-də atılacaq. “Futuristlər” ilk görüşünü iyulun 27-də, cavab matçını avqustun 3-də keçirəcəklər.