Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub
Yanvarın 13-də "Şahdağ" Turizm Mərkəzində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub.
Oxu.Az xəbər verir ki, idmançılar yarışın son günündə fərdi növ üzrə mübarizə aparıblar.
Fərdi növ üzrə nəticələr:
Qadınlar arasında
I yer - Gachet Mollaret Axelle (Fransa);
II yer - Harrop Emily (Fransa);
III yer - Hiemer Johanna (Avstriya).
Kişilər arasında
I yer - Bonnet Remi (İsveçrə);
II yer - Equy Samuel (Fransa);
III yer - Anselmet Thibault (Fransa).
Mükafatlandırma mərasimində Beynəlxalq Xizək Alpinizm Federasiyasının baş katibi Jordi Kanals Xizək Alpinizmi üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyevə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Yarışda 26 ölkədən: Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andorra, İspaniya, Çexiya, Fransa, Almaniya, İran, Qazaxıstan, Niderland, Norveç, Polşa, Qətər, Slovakiya, ABŞ, Böyük Britaniya, Yunanıstan, Sloveniya və fərdi neytral idmançılar (AIN) olmaqla 130-a yaxın idmançı iştirak edib.
Xizək Alpinizmi üzrə Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.
Rəylər