Haiti və Belarusla oyunlar üçün Azərbaycan milli komandasına dəvət edilmiş Əlirza Müştəbazadə yeni mövsümə yeni komandada başlayacaq.
Oxu.Az xəbər verir ki, 23 yaşlı qolkiper I Liqada çıxış edən "Şəfa" ilə üçillik müqavilə imzalayıb.
Onun bu müddətdə qazanacağı məbləğ də bəllidir.
Əlirza birinci ilində aylıq 6, ikinci mövsümündə 7, klubdakı sonuncu dönəmində isə 9 min manat maaş alacaq.
Millimizin qapıçısı ümumilikdə 3 ildə "Şəfa"dan 220 min manat qazanc əldə edəcək.
Qeyd edək ki, Müştəbazadə daha əvvəl "Neftçi", "İrəvan" və "Difai"nin qapısını qoruyub.