Sentyabr ayında İngiltərə Premyer Liqasının (İPL) ən yaxşı futbolçusunun və məşqçisinin adları açıqlanıb.
Bu barədə məlumat təşkilatın saytında yerləşdirilib.
Məşqçilərin mübarizəsində “Everton”un baş məşqçisi Karlo Ançelotti qalib gəlib. Onun komandası budəfəki İPL mövsümündə dörd qələbəsindən üçünü sentyabr ayında qazanıb. Dörd turun yekunlarına əsasən, liverpullular 12 xalla turnir cədvəlinə tək başçılıq edirlər.
“Everton”un forvardı Dominik Kalvert-Lyuin sentyabr ayının ən yaxşı futbolçusu sayılıb.
İngiltərə yığmasının hücumçusu bu mövsümdə liqanın oyunlarında qapıdan keçirdiyi altı topdan beşinə sentyabr ayında imza atıb. Hücumçu “Tottenhem”in oyunçusu Son Xın Min ilə birlikdə ən yaxşı bombardir adı uğrunda yarışa liderlik edir. Ayın ən yaxşı məşqçisi mükafatı İngiltərə Premyer Liqasında 1993-cü ildən təqdim edilir, ayın ən yaxşı futbolçusu mükafatı isə bir il sonra təsis edilib.
Əvvəllər bu mükafatlara nə Ançelotti, nə də Kalvert-Lyuin layiq görülüb.