Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi postundan ayrılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Təcrübəli mütəxəssis 2023-cü ilin iyunundan Ukrayna millisinə rəhbərlik edirdi.
Onun rəhbərliyi altında komanda 2024-cü ildə Avropa çempionatına (AÇ-2024) vəsiqə qazanmışdı. Amma Rebrovun başçılıq etdiyi Ukrayna seçməsi 2026-cı il dünya çempionatına (DÇ-2026) düşə bilməyib.