Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

AFFA-nın baş katibi vəzifəsinə YENİ TƏYİNAT
AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında baş katib vəzifəsinə Cahangir Fərəcullayevin təyinatı ilə bağlı qərar qəbul olunub.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat Xidməti məlumat yayıb.
Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomlarla bitirib.
O, 2004-2019-cu illərdə Engin, Deniz Service, Gametv.az Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib.
2019-2020 illərdə "Caspiantech" şirkətinin baş direktoru olub. 2021-ci ildən 2025-ci ilə qədər "Azərlotereya" ASC-də baş direktorun müşaviri və LMK şirkətinin baş direktoru vəzifəsində çalışıb.
Yerli mediada yayılan xəbərlərə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəhbərliyində şok ayrılıq baş verib. Belə ki, Sərxan Hacıyev baş katib postundan gedib.
Bu barədə Oxu.Az-a açıqlama verən AFFA-nın mətbuat katibi Elnur Məmmədli xəbərin doğru olmadığını bildirib.
Qeyd edək ki, Sərxan Hacıyev AFFA-da baş katib postu ilə bərabər, həm də icraçı vitse-prezident vəzifəsində çalışır.
Anar Həsənov