Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun sabiq baş məşqçisi Stefano Pioli portuqaliyalı hücumçu Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə "Notícias ao Minuto" nəşrinə danışıb.
Pioli 41 yaşlı futbolçunun məşq prosesindəki keyfiyyətlərini xüsusi vurğulayıb:
"Əgər onu məşq etdirməmisənsə, nə qədər böyük futbolçu olduğunu başa düşə bilməzsən. O, qol vurmaq fikrinə aludə olmuş çempiondur".
Qeyd edək ki, Pioli 2024-cü ilin sentyabrından 2025-ci ilin iyun ayınadək "Ən-Nəsr"ə rəhbərlik edib.